...

Xaricdə Azərbaycan məhsullarına tələbat artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2018 17:41 (UTC +04:00)
"Azexport" yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb.
Xaricdə Azərbaycan məhsullarına tələbat artır

Bakı. Trend:

"Azexport" yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, "Azexport.az" portalı “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədilə daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb.

Portal ziyarətçilərinin əsas hissəsini Körfəz və Okeaniya ölkələri təşkil edən www.go4worldbusiness.com, Hindistan bazarını əhatə edən www.tradeindia.com, www.indiamart.com və MDB ölkələrində son illərdə aqrar məhsulların satışında ixtisaslaşan www.agrorubo.ru kimi beynəlxalq elektron satış portallarına inteqrasiya edilib.

"Azexport" portalının rəhbəri Zaur Qardaşov bilidirib ki, yeni portallara inteqrasiya ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanları təqdim etmək və “Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsində böyük rol oynayır: “Portallara inteqrasiya olunan ilk günlərdən Hindistandan meyvə-tərəvəz məhsulları və Körfəz ölkələrindən toyuq əti və toyuq yumurtası ilə bağlı sorğular daxil olub. Qeyd olunan portalların ümumi əhatə dairəsi 1.5 milyard istifadəçi təşkil edir”.

Qeyd edək ki, "Azexport" portalı ilk gündən www.amazon.com, www.alibaba.com, www.all.biz, www.agroserver.ru və digər bu kimi portallarla əməkdaşlıq edir və bunun sayəsində Azərbaycan məhsullarına görə beynəlxalq bazarlardan bu günə kimi 800 mln. ABŞ dollarından artıq sorğular daxil olub.

Portal bundan sonra da əməkdaşlıq edəcəyi portalların siyahısının genişləndirilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti