...

KOBİA Azərbaycana xarici biznesin cəlb olunmasında maraqlıdır - Orxan Məmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2022 11:23 (UTC +04:00)
KOBİA Azərbaycana xarici biznesin cəlb olunmasında maraqlıdır -  Orxan Məmmədov

Bakı. Sədrəddin Ağcayev - Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycana xarici biznesin cəlb olunmasında maraqlıdır və zəruri köməyi göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bunu KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov Bakıda "Azərbaycan-Udmurtiya" biznes forumu zamanı deyib.

O.Məmmədov Rusiya Federasiyasının regionları ilə işgüzar əlaqələrin inkişaf etdiyini, Udmurtiya ilə də əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün potensialın olduğunu bildirib,

"Bu cür tədbirin keçirilməsi Azərbaycanla Udmurtiya arasında əməkdaşlıq üçün geniş spektrli istiqamətlərin olmasını nümayiş etdirir və ikitərəfli təşəbbüslərin reallaşdırılması üçün perspektiv sahələrin operativ müəyyənləşdirilməsinə kömək edir. Agentliyimiz Rusiyanın profil strukturları ilə dövlət müəssisələri, eləcə də birbaşa biznes ictimaiyyəti səviyyəsində əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti