...

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL TƏMİNATI NAZİRLİYİ GÖYÇAYIN MƏŞĞULLUQ MƏRKƏZİNDƏ YENİDƏNQURMA İŞLƏRİ APARIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2005 15:20 (UTC +04:00)

Azərbaycanın Əmək və əhalinin sosial təminatı Nazirliyi Göyçaydakı məşğulluq mərkəzində yenidlənqurma işləri aparır. Nazirlikdən Trend ə verilən məlumata görə, Göyçay məşğulluq mərkəzi yanında təhsil -istehsalat kombinatının binasının yenidən qurulması və Requlyar təhsil mərkəzi binasının tikintisi nəzərdə tutulub.

Bunun üçün Nazirlik tender elan edib. Tikinti işləri üç ay ərzində başa çatmalıdır. Maraqlı şirkətlər öz tender təkliflərini avqustun 29-na qədər təqdim etməlidirlər. Tender prosedurası avqustun 29-da Əmək Nazirliyində keçiriləcək

Xəbər lenti

Xəbər lenti