...

"KƏND TƏSƏRRÜFATINDA MƏHSULLARIN TƏDQİQİ VƏ PROQNOZLAŞDIRILMASI" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2005 17:28 (UTC +04:00)

Almatada "Kənd təsərrüfatında məhsulların tədqiqi və proqnozlaşdırılması" mövzusunda 4 günlük seminar keçirilib. AR DSK-da Trend ə xəbər verildiyi kimi, tədbir BMT-nin ərzaq və kənd təsərrüfatı və Avrostat təşkilatları tərəfindən həyata keçirilib.

Tədbirdə beynəlxalq təşkilatlarla yanaşı, Rusiya, Ukrayna, Belorussiya, Moldova Qazaxıstan, Cənubi Qafqaz və Orta Asiya ölkələrinin (Türkmənistandan başqa) Milli Statistika Xidmətlərinin və Kənd Təsərrüfatı Nazirliklərinin nümayəndələri iştirak ediblər.

Seminarda Azərbaycan tərəfindən Dövlət Statistika Komitəsi kənd təsərrüfatının siyahıya alınması üzrə şöbə rəisinin müavini M. Heydərov və Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və Proqnozlaşdırma şöbəsi rəisinin baş məsləhətçisi Saday Quliyev iştirak ediblər.

Tədbirdə kənd təsərrüfatında məhsulların tədqiqi və proqnozlaşdırılması məsələləri, məhsul balansının hazırlanması,kənd təsərrüfatının qeydiyyata alınmasını həyata keçirən ölkələrin təcrübələri və s. müzakirə olunub.

Seminar proqramına uyğun olaraq azərbaycanlı nümayəndələr "2005-ci ildə Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması", "Kənd təsərrüfatı statistika sistemi", "Bitkiçilik və heyvandarlıq sahəsində statistik məlumatların toplanması və yayılması metodları" mövzusunda məruzə ilə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti