...

2005-ci il Bakı Fond Birjasının tarixində ən gəlirli il olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2006 17:42 (UTC +04:00)

Yanvarın sonlarında Bakı Fond Birjasının səhmdarlarının toplantısının keçirilməsi planlaşdırılıb. Birjanın prezidenti Anar Axundovun Trend ə verdiyi məlumata görə, səhmdarların görüşündə ötən il ərzində birjanın fəaliyyətinin qiymətləndiriməsinin nəticələri ilə bağlı səhmdarların, təftiş komissiyalarının hesabatlarının, 2006-cı ildə büdcə proqnozlarının müzakirə edilməsi nəzərdə tutulub. Ötən il ərzində gəlirlərin bölüşdürülməsi məsələsi də səhmdarların qərarından asılıdır.

A.Axundovun sözlərinə görə, ilkin məlumatlara görə, 2005-ci il Bakı Fond Birjasının tarixində ən gəlirli il olacaq. Birjanın gəliri təqribən 400 mln manat səviyyəsində olacaq. Bu zaman 2004-cü il 410,460 mln manat itki ilə başa çatmışdısa, 2003-cü il 73,738 mln manat gəlir əldə olunmuşdu. Lakin bu vəsaitin ötən illərdəki itkilərin müəyyən hissəsinin ödənməsinə yönəldilməsi ehtimal olunur. Qalan hissənin necə sərf olunacağını səhmdarlar həll edəcəklər. BFB-nın rəhbəri bildirib ki, birja hələ bir müddət bu itkiləri ödəməli olacaq.

Onun sözlərinə görə, gəlirlərin artırılması birja komissiyasından olan bazar iştirakçıları üçün xərclərin azaldılmasına da şərait yaradıb.

A.Axundov bildirib ki, hazırda birja üzvü olmaq istəyənlərlə danışıqlar aparılır. Bu məsələnin həllindən asılı olmayaraq BFB ölkənin ölkədəki rezident və qeyri-rezidentlərlə informasiya mübadiləsi edir və Azərbaycan bazarında olan vasitələr barədə onlara məlumat göndərir. Beləliklə, həmin məlumatlarla maraqlanan potensial investorlar və təşkilatların sayı artır. BFB-nın prezidentinin fikrincə, nəticədə bu birjada investorların və ya üzvlərinin sayının artmasına gətirib çıxarar.

Xəbər lenti

Xəbər lenti