...

AzDRES-in maliyyələşdirilməsi AYİB pprezidenti ilə müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2006 14:57 (UTC +04:00)

Mingəçevir şəhərindəki AzDRES-in Avropa Yenidənqurma və İnkişaf bankı tərəfindən maliyyələşirilməsi məsələsi AYİB prezidenti Jan Lemyerin aprelin 10-da Bakıya səfəri zamanı müzakirə mövzusu olacaq. Hökumətdən Trend ə verilən məlumata görə, hazırda AzDRES-in yenidən qurulması ilə bağlı bir neçə təklif nəzərdən keçirilir. "Azərenerji" rəhbərliyi maliyyələşdirmə şərtləri ilə bağlı bankla razılığa gəlinmədiyi təqdirdə, layihənin ölkənin daxili ehtiyatları hesabına maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.

Danışıqlar prosesinin ləngiməsi bununa bağlıdır ki, bank kreditin verilməsi müqabilində elektrik enerjisinin qiymətinin bir neçə dəfə artırılmasında və s. israr edir. "Azərenerji"nin sədr müavini Marlen Əsgərovun Trend ə verdiyi məlumata görə, müqavilənin imzalanmasının gecikdirilməsi Azərbaycanın xeyrinə deyil, belə ki, dünya bazarlarında avadanlığın, metalın qiyməti artır. AzQRES-də quraşdırılacaq, qaz və mazutun istismarı üçün nəzərdə tutulmuş avadanlıq isə bahadır.

Bununla belə, o, üçtərəfli qaydada aparılan danışıqların müsbət nəticə verəcəyinə ümid edir. Bu gün 1-dən başlayaraq 8-dək bütün blokların (5-ci blok istisna olmaqla) yenidən qurulmasına təxminən $180 mln tələb olunur. AYİB bu məbləğin 150 mln dollarını ayırmağa hazırdır. 5-ci blok ölkənin daxili ehtiyatları hesabına yenidən qurulub. M.Əsgərovun sözlərinə görə, bu işlər $15 mln-a başa gəlib.

Digər blokların yenidən quraşdırılması üçün daha çox vəsaitin tələb olunmasına səbəb burada yarımstansiyadan başqa həm də tüstü bacasının və su buraxıcının quraşdırılacağı ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti