...

Volqoqrad gəmiqayırma zavodunda "Zeynalabdin Tağıyev" tankeri suya buraxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2006 16:38 (UTC +04:00)

DNL Qrupuna daxil olan Volqoqrad gəmiqayırma zavodunda 006RSD05 layihəsinin beşinci quru yük tankeri suya buraxılıb. Gəmiyə Azərbaycanın neft sənayesinin yaradıcılarından biri Zeynalabdin Tağıyevin adı verilib. Bu barədə Trend DNL-ə istinadən bildirir. Sifarişçi Palmali Shipping şirkətidir. Bu silsilədən beşinci və altıncı gəmilər üçün Palmali Shipping ilə müqavilə 2005-ci ilin mayında bağlanıb. Dörd quru yük gəmisi üçün şirkətlər arasında ötən müqavilə 2003-cü ilin martında bağlanıb.

İlk gəmi "Heydər Əliyev" sifarişçiyə 2004-cü ilin iyununda, ikinci "Palmali Ioyager" 2004-cü ilin sentyabrında, üçüncü "İlyas Əfəndiyev" 2005-ci ilin avqustunda verilib, dördüncü gəmi "Naxçıvan" isə ötən ilin oktyabrında suya buraxılıb. Beşinci "Zeynalabdin Tağıyev" gəmisinin tikintisinə 2005-ci ilin avqustunda başlanıb və onun ilkin müddət olaraq 2006-cı ilin mayında verilməsi nəzərdə tutulub, altıncı gəminin tikintisinə isə 2005-ci ilin oktyabrında başlanıb, 2006-cı ilin iyulunda verilməsi nəzərdə tutulub. Müqavilənin şərtlərinə görə, Palmali Shipping üçün "çay-dəniz" dərəcəli bütün altı gəmi üç il ərzində inşa edilməlidir. Gəmilərin layihəsini Dəniz mühəndis bürosu (Odessa) Palmali Shipping-in mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində işləyib hazırlayıb.

006RSD05 gəmisi ümumi, meşə və iri yüklərin nəqli, eləcə də beynəlxalq standartlı konteynerlər və təhlükəli yüklər üçün nəzərdə tutulub. Bu gün bunlar qarışıq tipli quru yük gəmiləri sırasında ən iri gəmilərdir. Gəminin malik olduğu dərəcə donmayan dənizlərdə, Rusiyanın Volqa-Don kanalına keçidi ilə Avropa hissəsinin daxili su yollarında, eləcə də dəniz rayonlarında illik üzməni nəzərdə tutur.

Texniki xüsusiyyətləri: uzunluğu - 140 m, eni - 16,5, göyərtənin hündürlüyü - 6, sürət - 10,5 dəniz mili, tutumu - 6970 ton. Korpus ikiqat dib və ikiqat yana malikdir, yük ambarları qatlanan lyuk örtülməsi ilə təchiz olunub, bunların tutumu 11 400 kub m. təşkil edir. Gəminin, əsas energetika qurğusunun və radio-naviqasiya vasitələrinin idarə edilməsi sükan budkasında birləşdirilmiş mərkəzi pult vasitəsilə həyata keçirilir. Gəminin idarə edilməsi funksiyaları göyərtə pultları vasitəsilə də həyata keçirilə bilər. Avtomatlaşdırılmış sistem gəminin sükan budkasından maşın şöbəsində daimi növbə çəkmədən idarə edilməsini nəzərdə tutur. 14 nəfərdən ibarət ekipajın yerləşdirilməsi üçün bir yerlik kayutlar təyin edilir.

Xəbər lenti

Xəbər lenti