...

Türkiyədə Qars–Axalkalaki–Tbilisi–Bakı layihəsi üzrə ekspertlərin görüşünə hazırlıq aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2006 15:33 (UTC +04:00)

Mayın 4-də Türkiyədə Azərbaycan, Gürcüstan və Türkiyə ekspertlərinin Qars-Axalkalaki-Tbilisi-Bakı marşrutu üzrə dəmiryolunun açılışı çərçivəsində görüşü keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

Görüş zamanı ekspertlər tərəflərin təklif etdikləri dəyişiklikləri nəzərdən keçirəcək və bundan sonra yekun variant Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirlərinə təqdim olunacaq. Nazirlərin görüşünün Ankarada keçiriləcəyi güman edilir. Onun keçiriləcəyi müddət ekspert qrupunun görüşündə müəyyənləşdiriləcək.

Layihənin dəyəri iki variantda nəzərdən keçirilir. Birinci variant $365 mln., ikinci variant $420 mln. nəzərdə tutulub. Layihənin dəyəri Gürcüstanda infrastrukturanın imkanlarının genişləndirilməsindən asılıdır. Hazırda üstünlük ikinci varianta verilir. Digər texniki məsələlər gələcəkdə, yük daşınmaları həcminin artacağı zaman həll olunacaq.

Xəbər lenti

Xəbər lenti