...

Azərbaycan Auditorlar Palatası bir sıra qanun layihələrinin hazırlanması ilə bağlı işləri başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2006 17:00 (UTC +04:00)

Azərbaycan Auditorlar Palatası bir sıra qanun layihələri üzərində işi başa çatdırıb. Trend in palatanın sədri Vahid Novruzova istinadən xəbər verdiyi kimi, "Daxili audit haqqında" yeni qanun layihəsi, həmçinin, "Auditor xidmətləri haqqında" qanuna əlavə və dəyişikliklər hazırlanıb.

Onun sözlərinə görə, hazırda auditorların vətəndaş məsuliyyətinin icbari sığortası haqqında qanun layhiəsi işlənib hazırlanıb. Bütün layihələr baxılmaq üçün müvafiq orqanlara təqdim olunub.

Palatadan Trend ə verilən məlumata görə, qanun layihələrində təsərrüfat subyektlərinin audit şərtləri və bundan yayınma halları zamanı cərimənin dərəcəsi göstərilib, həmçinin, auditor sahəsinin icbari sığortası və s. üzrə bəndlər öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti