...

AMB-nın sədr müavini: Azərbaycanda nəqd pul kütləsi çatışmazılığı yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2006 20:52 (UTC +04:00)

Azərbaycan Milli Bankı (AMB) bildirir ki, ölkədə nəql pul kütləsi çatışmazlığı yoxdur. "Bu gün Milli Bank 3 ilik ehtiyatla pul əskinazları nəşr edib və köhnə əskinazlarla yanaşı yeni valyuta da dövriyyəyə buraxılır. Hazırda yeni əskinazların 65%-i dövriyyədədir və köhnə əskinazların dəyişdirilməsi tədricən həyata keçirilir" - deyə Milli Bankın idarə heyətinin sədr müavini Alim Quliyev bildirib.

Bu günlərdə Nazirlər Kabinetində baş nazir Artur Rəsizadənin sədrliyi ilə ölkədə makroiqtisadi vəziyyət və valyuta daxilolmalarının pul dövriyyəsinə təsiri müzakirə olunub. A.Quliyevin sözlərinə görə, neft müqavilələrinin gerçəkləşdirilməsi ilə əlaqədar dövriyyədəki pul kütləsi artır və proqnozları üstələyir.

Xəbər lenti

Xəbər lenti