...

Dövlət büdcəsində nəzərdə tutulmuş əlavə investisiyaların istifadə istiqamətləri müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2006 13:39 (UTC +04:00)

Nazirlər Kabineti tikintisinin davam etdirilməsi vacib olan dövlət əhəmiyyətli yeni obyektlər və keçid obyektlərinin tikintisi məqsədilə 2006-cı il dövlət büdcəsində kapital qoyuluşu üçün nəzərdə tutulmuş əlavə vəsaitdən vəsaitin ayrılması haqqında göstəriş verib.

Hökumət mənbələrindən Trend ə verilən məlumata əsasən, 2006-cı il dövlət büdəsinə əlavə və dəyişikliklər edilməsi nəticəsində əlavə olaraq 271, 3 mln. manat vəsait nəzərdə tutulub.

Obyektlərin siyahısı İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə təqdim olunmalıdır. Maliyyə Nazirliyi ekpertizadan keçmiş və müvafiq qaydada təsdiqlənmiş maliyyə layihələri və layihə-smeta sənədlərinin maliyyələşdirilməsinə nəzarət etməlidir.

Dövlət sifarişçilərinə vəsaitlərdən təyinatı üzrə istifadə etmək, artıq xərclərə yol verməmək tapşırılır, çünki əlavə ayrılmış limiti keçən xərclər ödənilməyəcək.

Fövqaladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə dövlət büdcəsində ayrılmış vəsaitlər hesabına həyata keçirilən işlərin yerinə yetirilməsi zamanı qüvvədə olan tikinti norma və qaydalarına riayət edilməsinə və işlərin keyfiyyətinə nəzarəti gücləndirmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti