...

Ermənilərin Cənubi Qafqazda yaşayan başqa millətlərə qarşı törətdikləri soyqırımlarla bağlı beynəlxalq konfrans keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2006 13:34 (UTC +04:00)

Cənubi Qafqazda yaşayan başqa millətlərə qarşı ermənilərin törətdikləri soyqırımlarla bağlı Bakıda beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Haqları İnstitutundan məlumat verilib.

Beynəlxalq konfrans bir neçə mərhələli olacaq. İlk konfrasda Gürcüstan, Azərbaycan, İsrail dövlətlərinin alimləri, tarixçiləri iştirak edəcəklər. Tarixçi alimlər, araşdırmaçılar ayrı-ayrı dövrlərdə, o cümlədən 1918-19-cu illərdə Cənubi Qafqaz ərazisində quldur dəstələri yaratmış ermənilərin azərbaycanlılara, yəhudilərə və digər xalqlara qarşı törətdikləri kütləvi qətllər, soyqırımlar haqqında danışacaq, yeni faktlar barədə məlumat verəcək, erməni terrorizminin ağır nəticələri təhlil edəcək, bu kimi bəşəri cinayətlərə qiymət verəcəklər.

Bu tədbirin davamı kimi növbəti dəfə də konfrans keçirilməsi nəzərdə tutulub. İkinci konfransa beynəlxalq təşkilatların nümayəndələrinin, xarici ölkə alimlərinin də qatılması planlaşdırılır.

Qeyd edək ki, 1918-19-cu illərdə erməni daşnakları tərəfindən Azərbaycan ərazilərində dinc insanlara qarşı soyqırım həyata keçirilib, həmçinin bu dövrdə Quba və ətraf rayonlarda minlərlə dinc yəhudi qətlə yetirilib. İnsan Haqları İnstitutunun apardığı araşdırmalar nəticəsində erməni terroru, daşnakların qeyri millətlərə qarşı apardığı soyqırımla bağlı yeni faktlar üzə çıxarılıb.

Xəbər lenti

Xəbər lenti