...

Yol polisləri vətəndaşdan 50 kiloqram balıq kürüsü aşkar ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2006 15:00 (UTC +04:00)

Noyabrın 2-də Abşeron rayonu ərazisində yol polisləri Bakı şəhər sakini Elməddin Həsənova məxsus avtomobilin yük yerindən 50 kiloqram balıq kürüsü aşkar ediblər. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səhər saat 08.00 radələrində Abşeron rayonu ərazisindəki Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti postunda Elməddin Həsənovun idarə etdiyi "IAZ-2106" markalı avtomaşı saxlayıblar. Polislər avtomobildə nəzarət qaydasında yoxlama apararkən yük yerindən aşkar etdikləri 480 ədəd xüsusi qabda qablaşdırılmış ümumi çəkisi 50 kiloqram olan balıq kürüsünün Rusiya Federasiyasında istehsal olunduğunu müəyyən ediblər.

Ssürücü avtomaşınla birgə sonrakı araşdırmalar aparılması üçün Abşeron RPŞ-yə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti