...

Bank of Baku yeni "Dinamik" əmanətini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2006 11:09 (UTC +04:00)

Cari il noyabr ayından etibarən "Bank of Baku" yeni "Dinamik" əmanətini təqdim edir. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir. "Dinamik" əmanəti - bu günə qədər Bankda mövcud olan 10 növ əmanət məhsulunun geniş sayda üstünlüklərini birləşdirən universal əmanətdir.

"Dinamik" əmanəti aşağıdakı üstünləklərə malikdir:

- Dinamik əmanətində ilkin minimal məbləğ cəmi 100 AZN/USD/EUR təşkil edir.

- əmanətçi öz seçiminə uyğun olaraq faizləri əmanət müddətinin əvvəlində, sonunda və ya aylıq olmaq şərtilə ala bilər.

-"Dinamik" əmanəti üzrə faiz dərəcəsi illik 18,7%-ə qədər (əmanət 36 aya yerləşdirildiyi halda) ola bilər.

- əmanətçi depozitə yerləşdirdiyi məbləği sığortalaya bilər

- əmanəti artırmaq və ya azaltmaq imkanı verilir

- Xarici vətəndaşlar üçün xüsusi şərtlər

- Pulsuz plastik kart almaq imkanı

- Pulsuz depozit qutusunu almaq imkanı.

2006-cı il noyabr ayının 1-nə Bankın müddətli depozitləri 8,89 mln. manat və ya 76% artaraq 20,52 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti