...

Azərbaycan ICARDA treninqlərində iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2006 18:00 (UTC +04:00)

Azərbaycan quraqlıq rayonlarda kənd təsərrüfatı tədqiqinin beynəlxalq mərkəzi ICARDA (International Center for Agricultural Research in the Dry Areas) tərəfindən maliyyələşdirilən treninqlərdə iştirak edib.

Trend -ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər ki, tədbir noyabrın 11-dən 28-nə kimi Kərədcədə (İran) keçirilib. Treninqlərdə Kənd Təsərrüfatı Nazirliyi nəzdində beynəlxalq əlaqələr mərkəzinin elmi aqrar şöbəsinin rəhbəri Yaqub Quliyev iştirak edib.

Treninqlər ICARDA-nın, Wageningen (Niderland) Universiteti və tədqiqat mərkəzinin, İran Bikkilərinin Seleksiyası institutunun təşkilatçılığı altında Generation Challenge Program çərçivəsində keçirilib və "Toxum və bitki növlərinin genetik ehtiyatları: siyasət, mühafizə və istifadə" mövzusuna həsr edilib

1977-ci ildə təsis edilən ICARDA beynəlxalq kənd təsərrüfatı tədqiqatı üzrə Məsləhətçi qrup (Consultative Group on International Agricultural Research (CGIAR)) tərəfindən dəstəklənən dünyada 15 mərkəzdən biridir. Baş ofisi Aleppoda (Suriya) yerləşən təşkilat milli, regional və beynəlxalq institutları, universitetləri, QHT-ləri, inkişaf etməkdə olan ölkələrin nazirlikləri və sənaye ölkələrində müvəffəqiyyət qazanan tədqiqat mərkəzləri ilə şəbəkə vasitəsilə əməkdaşlıq etməklə işləyir.

Xəbər lenti

Xəbər lenti