...

Kristian Pitersen Azərbaycan hökumətinə təsdiq olunmuş əməkdaşlıq strategiyası təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 11:02 (UTC +04:00)

Dünya Bankı ilə yeni əməkdaşlıq strategiyasının (2007-09-cu illər) Azərbaycan hökumətinə təqdim olunması üçün dekabrın 9-da DB-nin Cənubi Qafqaz üzrə aparıcı iqtisadçısı Kristian Pitersenin və Azərbaycan üzrə aparıcı iqtisadçı Kristos Kostopolusun Bakıya səfəri gözlənilir.

Bu beynəlxalq təşkilatın Bakı nümayəndəliyindən Trend ə verilən məlumatda bildirilir ki, bankın Direktorlar Şurasının dekabrın 7-də keçiriləcək iclasında strategiya təsdiqlənəcək. Onlar DB-nin həmin vaxt layihənin hazırlanması üzrə Bakıda olan komandaları ilə işləyəcəklər. Xüsusilə, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı layihəsi üzrə missiyaya dəstək göstəriləcək.

Bundan başqa, Kristian Pitersen ölkədəki ümumi iqtisadi durumla tanış olacaq.

Xəbər lenti

Xəbər lenti