...

AMB-də bank xidmətləri istehlakçılarının müdafiə qrupu yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 19:00 (UTC +04:00)

Azərbaycan Milli Bankı idarə heyətinin qərarı ilə MDB Mərkəzi bankları arasında ilk dəfə olaraq AMB-də bank xidmətləri istehlakçılarının müdafiə qrupu yaradılıb. Trend AMB-nin məlumatına istinadən xəbər verir ki, qrup Milli Bankın kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin xarici nəzarət şöbəsinin tərkibində fəaliyyətə başlayıb.

Milli Bankın son illər bank sektorunda islahatların həyata keçirilməsi, bank xidmətlərinin çeşidinin genişləndirilməsi və əhalinin onlardan geniş istifadə etməsi istiqamətində keçirdiyi tədbirlər nəticəsində bu sektora maraq artıb. Yenidən yaradılmış qrupun əsas məqsədi vətəndaşların təklif və müraciətlərinin qeydiyyata alınması, onların tədqiqatı, onların müdafiəsinin təmin olunması və bank xidmətlərinin təkmilləşdirilməsi üzrə tövsiyyələrin hazırlanmasıdır.

İndiyədək AMB həmçinin bank xidmətləri istehlakçıları tərəfindən də müraciətlər qəbul edib, qrupun yaradılması isə bu istiqamətdə işin operativlik və səmərələliyini artıracaq.

Bank xidmətləri istehlakçılarının müdafiə qrupu ilə əlaqə yaratmaq üçün aşağıdakı telefona zəng edə bilərsiniz: 493-11-22 (3-11).

Xəbər lenti

Xəbər lenti