...

2007-ci ildən etibarən Azərbaycanda nağd hesablaşma qaydalarının pozulması zamanı tətbiq olunan cərimə sanksiyaları sərtləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2007 15:26 (UTC +04:00)

Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə genişmiqyaslı tədbirlər çərçivəsində, 5 ay ərzində yalnız Bakı üzrə nəzarət-kassa aparatlarından istifadədə ümumi məbləği 3,5 mln. manat olan pozuntu aşkar edib. Bu barədə Trend xəbər verir.

Nazirliyin Operativ nəzarət üzrə İdarəsinin rəisi Habil Məmmədovun çərşənbə axşamı mətbuat konfransında bildirdiyi kimi, qanunu pozan obyektlər bu məbləğdə cərimə olunublar, lakin onların bəziləri öz kommersiya fəaliyyətlərində hələ də əhali ilə nağd pul hesablaşmaları qaydalarını pozmaqda davam edirlər.

24 iyul 2006-cı il tarixindən başlayaraq, paytaxtda nəzarət-kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsi, yəni əhali ilə nağd pul hesablaşmalarının tətbiq olunması qaydalarına riayət olunması üzrə vergi reydləri keçirilir. Reydlər 160 000 obyekti əhatə edib, onlardan 37 000 obyektdə pozuntu aşkar olunub.

H.Məmmədovun sözlərinə görə, nağd hesablaşma qaydalarının pozulması hallarını aradan qaldırmaq üçün 2007-ci ildən tələbatlar sərtləşdirilib, cərimələrin həcmi, həm də yalnız birinci halda, 77 manatdan 400 manata qədər artırılıb. Əgər pozuntu ikinci dəfə təkrar olunsa, maliyyə sanksiyalarının məbləği 800 manata, üçüncü dəfə isə - 1200 manata qədər atracaq.

Xəbər lenti

Xəbər lenti