...

Azərbaycan Maliyyə Nazirliyi 2006-cı ildə sığorta mükafatları həcmi üzrə liderləri elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2007 14:02 (UTC +04:00)

Azərbaycan Maliyyə Nazirliyi 2006-cı ilin nəticələrinə əsasən sığorta mükafatları həcmi üzrə liderləri müəyyən edib. Azərbaycan Maliyyə Nazirliyinə istinadən Trend ə xəbər verir ki, 2006-cı il sığorta mükafatları həcminə görə siyahıya 13,75 mln. manatla "Ateshgah" başçılıq edib, 14,77 mln. manat ödəmə və 0,9 mln. manat ödəmə kaptalı ilə.

İkinci yerdə "Azal Sigorta" olub (13,45 mln. manat mükafat, 9,79 mln. ödəmə, 0,8 mln. manat kapital).

Növbəti sıralarda:

- "Standard Insurance" (8,39 mln., 1,97 mln. və 4 mln. manat müvafiq olaraq),

- "MBASK" (7,67 mln., 2,11 mln. və 3,75 mln. manat),

- "Azersigorta" (6,35 mln., 3,84 mln. və 1,6 mln. manat),

- "Beynəlxalq sığorta şirkəti" (5,93 mln., 1,55 mln. və 8,8 mln. manat),

- "A-GROUP" (4,88 mln., 2,19 mln. və 1,01 mln. manat),

- "Xalq Sigorta" (4,02 mln., 1,03 mln. və 2 mln. manat),

- "Era Trans" (3,58 mln., 0,64 mln. və 0,707 mln. manat),

- "AIG-Caspian Insurance" (3,53 mln., 0,04 mln. və 1 mln. manat) yer alıb.

2006-cı ilin nəticələrinə görə sığorta şirkətləri 43,62 mln. manat ödəmə ilə 88,33 mln. manat alıb.

Xəbər lenti

Xəbər lenti