...

Azərbaycan və Latviya iqtisadi komissiyanın iclasının yekunlarına əsasən protokol imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2007 13:46 (UTC +04:00)
Azərbaycan və Latviya iqtisadi komissiyanın iclasının yekunlarına əsasən protokol imzalayıb

Azərbaycan,Bakı/müxbir Trend K.Konırova/Bu gün Bakıda iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Azərbaycan-Latviya komissiyasının birinci iclasının yekunlarına əsasən protokol imzalanıb.Sənədi komissiyanın rəhbərləri - Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Latviyanın iqtisadiyyat naziri Yuris Strods imzalayıb.

Protokolda ölkələr arasında iqtisadi sahədə əməkdaşlıq, sahibkarlığın inkişafında təcrübə mübadiləsi, sahibkarlar arasında ikitərəfli əməkdaşlığa dəstək, biznes forumların keçirilməsi, sərgi və yarmarkaların təşkili nəzərdə tutulub. Standartlaşdırma, metrologiya, təhsil, turizm, nəqliyyat və tranzit əməliyyatları sahəsində əməkdaşlığın genişləndiriləmsi də nəzərdə tutulub. Azərbaycan həmçinin Latviya ilə Ümumdünya Ticarət Təşkilatına daxil olmaq prosesində təcrübə mübadiləsi aparmaq niyyətindədir.

2006-cı ildə ölkələr arasında mal dövriyyəsi 10,222 milyon dollar təşkil edib. Tərəflər böyük potensialın olması və bu imkanlardan olduqca effektiv istifadənin vacibliyini vurğulayıb.

Heydər Babayevin fikrincə, mal dövriyyəsinin dinamikası tərəfləri razı salır. "Artımın bu cür templəri ölkə biznesmenlərinin əməkdaşlığının fəallaşdırılması hesabınadır. Bizim məqsədimiz artım dinamikasının maksimal saxlanılmasına nail olmaqdır", deyə o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti