...

Naxçıvan MR-də mal dövriyyəsi 11%-i keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 11:25 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/2007-ci ilin yanvarında Naxçıvan Muxtar Respublikasında (NMR) 1300 ton ət istehsal olunub, bu da 2006-cı ilin yanvar ayı göstəricisindən 1,6 faiz çoxdur. NMR-in Bakıdakı daimi nümayəndəliyindən verilən məlumata əsasən, yanvarda 1580 ton süd (2006-cı ilin yanvarından 3,8 faiz çox) və 5019 min yumurta (1,4 faiz artım) istehsal olunub.

NMR-də kənd və balıqçılıq təsərrüfatında istehsal olunmuş məhsulun dəyəri yanvar ayında 3060,7 min manat təşkil edib, bu da 2006-cı ilin yanvarından 2,1 faiz çoxdur.

Bu dövr ərzində NMR-in xarici ölkələrlə ticarət əməliyyatları 11,1 faiz artımla 8599,4 min dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti