...

PALMALI-nin sifarişi ilə Rusiyada 13,5 min ton dedeveytli tanker hazırlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Ötən həftənin sonunda PALMALI şirkətlər qrupu 13 500 ton dedveyti olan 19619 layihəli tankerin hazırlanması üzrə Rusiyanın "Krasnoe Sormovo" gəmiqayırma zavodu ilə müqavilə bağlayıb. Bu barədə məlumatı şirkətin Bakı ofisindən veriblər. Yeni gəmi layihəsi cari ilin sonuna kimi təhvil veriləcək.

Takerin uzunluğu 149,9 metr, eni 17,3 metr, göyərtənin hündürlüyü 10,5 metr, suya oturması isə 7 metr olacaq. Gəminin tipi - ikivintli, 12 yük tankı, ikiqat göyərtə, ikiqat altlı, gəminin arxa hissəsində maşın bölümü və yaşayış kompleksi. Təyinatı - neft, və xüsusi çəkisi 99 t/m3 həcmə qədər, 60 dərəcə C temperaturdan aşağı istilikdə maye formasında olan neft məhsullarının daşınması. Eyni bir səfərdə 2 növ yükün daşınması mümkündür. Üzmə ərazsisi - mülayim-soyuq dəniz iqliminə malik ərazilər, gəminin məxsus olduğu növə uyğun olaraq arktik olmayan ərazilər də illik üzmə.

Azərbayacanın Xəzər Dövlət Gəmiçiliyi tərəfindən Xəzərdə neft və neft məhsullarının daşınması üüün 5 anoloji gəmi alınıb.

Xəbər lenti

Xəbər lenti