...

Gürcüstan, Azərbaycan və Qazaxıstan nəqliyyat nazirlərinin Tiflis görüşü bağlı qapılar arxasında keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2007 16:09 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Gürcüstan, Azərbaycan və Qazaxıstan nəqliyyat nazirlərinin cümə axşamı Tiflis görüşü bağlı qapı arxasında keçirilir. Təşkilatçısı Tiflis olan görüşün qeyri-rəsmi olduğu və texniki məsələlərin həllinə həsr olunduğu bildirilib.

Nazirliyin mətbuat xidməti və Gürcüstan dəmir yolu hətta görüşün keçirilmə yerini də bildirmir.

Azərbaycan Dövlət Dəmir Yolundan cümə axşamı verilən məlumata görə, görüşdə Bakı-Tiflis-Qars dəmir yolunun açılması, Xəzərlə yükdaşıma və əməkdaşlığın digər sahələri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti