...

Maliyyə Nazirliyi sığorta şirkətlərinin maliyyə fəaliyyətinin yekunlarını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /Azərbaycanın Maliyyə Nazirliyi sığorta şirkətlərinin 2006-cı il ərzində maliyyə fəaliyyətinin yekunlarını elan edib. Bu barədə Nazirliyin çərşənbə axşamı yaydığı məlumatda bildirilib.

Maliyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycan sığorta şirkətlərinin 2006-cı il ərzində sığorta haqları 90,45 mln. təşkil edib. 2006-cı il ərzində şirkətlərin məcmu mənfəəti 136,19 mln. manat, xərclər 128,89 mln. manat, balans mənfəəti 7,3 mln. manat təşkil edib.

Şirkətlərin mənfəətləri istifadə olunub: büdcəyə 1,5 mln. manat, ehtiyat kapitalı və fondlara 34,67 min manat, yığım fondlarına 242,31 min, istehsal fonduna 512,44 min manat, xeyriyyəçilik məqsədlərinə 36,76 min manat, digər məqsədlərə 899,57 min manat.

Büdcəyə ödəmələr: əmlaka görə vergi - 128,39 min manat (faktiki ödəmələr 103,47 min manat), mənfəətdən vergi - 1,68 mln. manat (1,66 mln. manat), torpaq vergisi - 146,15 manat (280,43 manat), ƏDV-16,67 min (10,08 min manat), gəlir vergisi - 866,92 min manat (880,84 min manat), digər vergilər - 1,47 mln. manat (1,57 mln. manat), iqtisadi sanksiyalar - 4,23 min manat (4,23 min manat).

Azərbaycanda bu gün 29 sığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti