...

Azərbaycan şirkəti Qafqaz sığortaçıları arasında ən yüksək nizamnamə kapitalı səviyyəsi nümayiş etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ "Xalq Sigorta" Azərbaycan sığorta şirkəti nizamnamə kapitalını 5 dəfədən çox qaldıraraq onu 10,68 mln. manata çatdırıb. "Xalq Sigorta"nın baş direktorunun müavini Əkbər Tahirlinin çərşənbə günü verdiyi məlumata görə, şirkətin nizamnamə kapitalı Azərbaycanın və Qafqazın sığorta şirkətləri arasında ən yüksək nizamnamə kapitalına çevrilib. Tahirlinin sözlərin görə, bankın nizamnamə kapitalının artırılması barədə qərar şirkətin təsisçiləri tərəfindən qəbul olunub.

"Xalq Sigorta" üç Azərbaycan vətəndaşı tərəfindən 2004-cü ilin dekabr ayında yaradılıb. Sığorta sahəsində fəaliyyət göstərmək məqsədilə lisenziyanı isə 2005-ci ilin mart ayında əldə edib. 16 may 2006-cı il tarixində təsisçilərin tərkibinə iki yeni hüquqi şəxsin daxil olması ilə şirkətin nizamnamə kapitalı 2 mln. manata çatıb.

Hazırda Azərbaycanda 29 sığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti