...

Maliyyə Nazirliyi: Azərbaycan və Türkmənistan iqtisadi anlaşmaların perspektivlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2007 16:20 (UTC +04:00)
Maliyyə Nazirliyi: Azərbaycan və Türkmənistan iqtisadi anlaşmaların perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycanın Maliyyə Nazirliyi və Türkmənistanın rəsmi şəxsləri Bakıda qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı danışıqlara başlayıblar. Bu barədə cümə axşamı nazirliyin yaydığı məlumatda bildirilir.

Türkmənistanın nümayəndə heyətinə bu ölkənin maliyyə və iqtisadiyyat nazirinin birinci müavini T.Çaparov rəhbərlik edir. Heyətə Türkmənistan Mərkəzi Bankının və "Turkmənqaz" dövlət konserninin təmsilçiləri daxildir.

Sənəddə qeyd olunur ki, ikigünlük danışıqlar zamanı tərəflər Azərbaycan və Türkmənistanın təsərrüfat subyektləri arasında 1992-1993-cü illərdə imzalanan sazişlərin və 1993-94-cü illərdə qaz idxalı ilə bağlı imzalanan müqavilənin perspektivlərini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti