...

İlin sonuna kimi cənub bölgəsindəki aeroportun yenidən qurulması başa çata bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ İlin sonunadək AZAL Dövlət konserni Lənkərandakı hava limanının yenidən qurulması ilə bağlı işləri yekunlaşdıracaq. Bu barədə AZAL-dan məlumat veriblər.

Yenidənqurma işlərinin dəyəri $40 mln civarında qiymətləndirilir. Bu layihə üçün vəsaitlər dövlət büdcəsindən və AZAL-ın daxili hesablarından ayrılır. Gələcəkdə hava limanına beynəlxalq statusun veriləcəyi nəzərdə tutulur.

Bir müddət əvvəl AZAL Naxçıvan və Gəncədəki hava limanlarının yenidənqurulması işlərini həyata keçirib. Güman olunur ki, Zaqataladakı aeroport da yenidən qurulacaq.

Xəbər lenti

Xəbər lenti