...

SOCAR Georgia şirkəti Tbilisidə TİƏ layihəsinin hazırlığına başlayıb

Energetika Materials 28 Fevral 2008 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir S.Əliyev /Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə şirkəti olan - SOCAR Georgia Gürcüstanda neft məhsullarının saxlanılması üçün bazanın texniki iqtisadi əsaslandırma (TİƏ) layihəsinin hazırlığına başlayıb. Bu haqda cümə axşamı şirkətdən məlumat verilib.

Şirkət bazanı cari il ərzində tikmək niyyətindədir. Layihə 6 mln. dollar məbləğində dəyərləndirilir.

Neft bazası Beynəlxalq Tbilisi Aeroportu ilə yanaşı Kiziki küçəsində tikiləcək. Tikintinin gerçəkləşdirilməsi üçün keçən il şirkət təxminən 3mln. dollar dəyərində beş hektar torpaq əldə edib.Yeni layihənin rezervuarları 17 min ton neft məhsulunu, o cümlədən Gürcüstan bazarında satılacaq mayeləşdirilmiş qazın saxlanılmasına imkan verəcək.

Bu bazada müxtəlif növ benzin, kerosin, bitum, maye qaz və mazut saxlanılacaq.

Xəbər lenti

Xəbər lenti