...

Birinci rübdə xarici iştirak payı olan əməliyyat şirkətləri Azərbaycanda 30 mln. kubmetrdən çox qaz hasil edib

Energetika Materials 10 Aprel 2008 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , E.İsmayılov/ Yanvar-mart aylarında Azərbaycanın quruda işləyən müştərək müəssisələri və əmliyyat şirkətləri 32 mln. kubmetrdən çox qaz hasil edib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin məlumatında bildirilib. Mart ayında bu göstərici 10,4 mln. kubmetr qaza bərabər olub.

Qaz hasilatının ən yüksək həcmi - 9,6 mln. kubmetr "Neftçala", "Xilə" və "Babazanan" müqavilə sahələrinin işlənməsi ilə məşğul olan "Anshad Petrol" Birgə Müəssisəsinin payına düşür.

2008-ci ilidə əməliyyat şirkətləri və BM-nin qaz hasilatı cədvəli ( min kub.m):

BM Mart 2008-ci il Yanvar-mart 2008-ci il
Karasu 216 604,144
Anshad Petrol 3325,09 9627,626
Sirvan Oil 1288,903 3932,651
Salyan Oil 2324,855 7372,499
Binəqədi 286 846
Karachuxur 209,102 694,222
Suraxani Oil Operation 284,188 933,897
AzGerneft 25 70
AzSengli Neft 0 0
Apsheron Operating LTD 671,787 2513,389
Qobustan 1788,466 5093,761
Cəmi 10419,391 31688,189
Xəbər lenti

Xəbər lenti