...

Azərbaycanda əsas istehlakçıların avtomobil yanacağı ehtiyatları artıb

Energetika Materials 17 Dekabr 2008 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend / Dekabrın 1-nə olan məlumata görə, əsas istehlakçıların mazut ehtiyatları 357,9 min ton təşkil edib və bu, ötən ilin analoji dövr göstəricisindən 2 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əsas istehlakçıların dizel yanacağı ehtiyatları dekabrın 1-nə 14,1 min ton olub - 2007-ci ilin analoji dövr göstəricisindən 10,2 faiz çox.

Avtomobil benzini ehtiyatları 14,3 min ton təşkil edib. Bu göstərici 2007-ci ilə nisbətən 6,7 faiz çoxdur.

2007- ci ilin analoji dövr göstəricisi ilə müqayisədə, maye qaz həcmi 10 faiz artıb --1,1 min ton.

Əsas istehlakçıların yanvar-noyabrda daş kömür ehtiyatları 3 min ton təşkil edib. Bu, 2007- ci ilin analoji dövrü göstəricisindən 16,7 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti