Azərbaycan, Bakı, 16 yanvar / Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyənin Ceyhan limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair növbəti tenderi elan edib. Bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir.
Məlumatda bildrilir ki, bir mln. barel həcmində neft partiyası fevralın 21-23-də göndəriləcək. Tenderə yanvarın 19-da yekun vurulacaq və nəticələr yanvarın 20-də açıqlanacaq.