...

Azərbaycanın dövlət büdcəsində neftə qoyulan qiyməti azaltmaq olar - ekspert

Energetika Materials 13 Mart 2009 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir E.İsmayılov /

2009-cu ilin may ayında Azərbaycanın dövlət büdcəsi yenidən nəzərdən keçiriləcəyi təqdirdə, bir barel neftin əvvələr qoyulmuş qiymətini 70 dollardan daha real rəqəmə -  40 dollaradək azaltmaq olar. Bu barədə İctimai Maliyyələrin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov bildirib.

Dövlət büdcəsinin gözlənilən yenidən nəzərdən keçirilmə prosesi dünya maliyyə böhranı ilə əlaqədar neftin qiymətlərinin düşməsi ilə bağlıdır.

"Mənim fikrimcə, real qiymət qoymaq lazımdır, bir barelə görə 40 dollar optimaldır", - deyə Əhmədov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti