...

Azərbaycan neftinin qiyməti: 6-10 aprel həftəsinin yekunları

Energetika Materials 13 Aprel 2009 15:54 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 6-10 aprel həftəsinin yekunları

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir A.Bədəlova /

6-10 aprel həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $52,49/bar. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,08/bar. çoxdur.

6-10 aprel həftəsində AZERI LT neftinin maksimal qiyməti $53,12/bar., minimal qiyməti isə $51,73/bar. təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı 0,14 faizdir.

6-10 aprel həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $49,59/bar. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,71/bar. çoxdur.

6-10 aprel həftəsində URALS neftinin maksimal qiyməti $50,19/bar., minimal qiymət isə $48,82/bar. təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı 1,3 faizdir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

6-10 aprel həftəsində Brent Dated neftinin orta qiyməti $51,76/bar. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,17/bar. çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $52,48/bar., minimal qiymət isə $50,84/bar. təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı 0,36 faizdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti