...

Azərbaycan MDB-nin Elektroenergetika Şurasının yol xəritəsini imzalamaqdan imtina edib

Energetika Materials 29 May 2009 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend /

Azərbaycan MDB-nin Elektroenergetika Şurasının ümumi bazar üzrə yol xəritəsini imzalamayacaq. Səbəb ölkənin MDB-nin vahid enerji bazarı haqqında sazişinin iştirakçısı olmamasıdır. Bu barədə MDB-nin Elektroenergetika Şurasının cümə günü Bakıda keçirilən 35-ci iclasında "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

"Azərbaycana bu sazişin imzalanması lazım deyil, çünki ölkə art ıq belə bir bazarın yaradılmasına hazırdır", - deyə Əsgərov bildirib.

Əsgərov bildrib ki, Azərbaycan ətraf mühitin monitorinqi haqqında sazişi imzalamağa hazırdır, lakin şuranın yol xətirəsinə dair qərarında bazar sözü olmamalıdır.

Elektroenergetika Şurasının iclasında 2008-ci il ərzində MDB ölkələrinin elektroenergetika sahəsində ekoloji monitorinqin keçirilməsi də təklif olunub.

2007-ci il ərzində ətraf mühit üzrə yol xəritəsinin reallaşdırılması monitorinqində şuranın səkkiz üzv ölkəsi iştirak edib. Türkmənistan, Ukrayna, Gürcüstan və Ermənistan monitorinqdə iştirak etməkdən imtina edib. Aparılan monitorinqin nəticələri "Avroelektrik"ə verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti