...

Azərbaycan əhalisi üçün qazın qiymətinin artırılması obyektiv addımdır - "Azəriqaz"-ın şöbə müdiri

Energetika Materials 1 İyul 2009 16:50 (UTC +04:00)
Azərbaycan əhalisi üçün qazın qiymətinin artırılması obyektiv addımdır - "Azəriqaz"-ın şöbə müdiri

Bakı, Azərbaycan, 01 iyul / Trend , müxbir E.ismayılov /

"Azərbaycan əhalisi üçün bazar iqtisadiyyatı şəraitində qaz qiymətlərinin artırılması obyektiv addımdır", - "Azəriqaz" QSC-nin iqtisadiyyat və proqnozlaşdırma şöbəsinin müdiri Tofiq Allahverdiyev bildirib.

"Obyektiv qanunlar üzrə fəaliyyət göstərən dünya iqtisadiyyatı şəraitində Azərbaycanda da bu iqtisadiyyatın bir hissəsi olan qazın qiymətləri nizamlanmalıdır", - çərşənbə günü mətbuat konfransında Allahverdiyev bildirib.

Azərbaycanın Tarif Şurasının qərarı ilə iyulun 1-dən etibarən ölkə əhalisi üçün təbii qazın 1000 kubmetrinin qiyməti 47,2 manatdan 100 manata kimi artırılıb.

QSC nümayəndəsinin bildirdiyi kimi, qazın əvvəlki qiymətləri rentabel deyildi. "Azəriqaz" SOCAR-dan qazı hər 1000 kubmetr qaz üçün ƏDV ilə 42 manat  ödəməklə əldə edəcək. Qazın istehlakçılara tədarükü üçün əməliyyat xərcləri 20-30 manat arasında dəyişir.

"Buna görə də qiymətlər artırılmamışdan öncə rentabel deyildi", - Allahverdiyev bildirib.  

Onun sözlərinə əsasən, qazın qiymətinin qaldırılmasında əsas məqsəd qaz təsərrüfatı üçün gəlirlərin alınması və Azərbaycan rayonlarının qazlaşdırılması proqramı çərçivəsindəki məsələlərin həll olunmasıdır.

"Bu layihə xeyli xərc tələb edir, onun reallaşdırılması üçün QSC mənfəət əldə etməlidir", - deyə Allahverdiyev bildirib.  

QSC-yə bu ildə 11,8 milyrda kubmetr qaz tədarük ediləcək, onun 5,5 milyard kubmetri elektrik enerjisinin alınması üçün "Azərenerji" SC-yə tədarük ediləcək. Beş milyard kubmetr isə QSC-nin payına düşəcək ki, onun da üç milyardı əhaliyə və 1,1-1,2 milyardı sənaye müəssisələrinə, 345 milyonu isə Naxçıvan Muxtar Respublikasına tədarük ediləcək. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti