...

Böyük sertifikasiya bürosu Azərbaycanda qaz obyektinin validasiyasını keçirir

Energetika Materials 21 İyul 2009 19:09 (UTC +04:00)
Bu ilin sonuna kimi Veritas sertifikasiya bürosu Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən, ARDNŞ-nin işlətdiyi "Günəşli" yatağının dayaz hissəsindəki yeni kompressor stansiyasının validasiya prosesini tamamlayacaq.

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir E.İsmayılova /

Bu ilin sonuna kimi Veritas sertifikasiya bürosu Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən, ARDNŞ-nin işlətdiyi "Günəşli" yatağının dayaz hissəsindəki yeni kompressor stansiyasının validasiya prosesini tamamlayacaq. Bu barədə çərşənbə axşamı ARDNŞ-dəki vəziyyətlə tanış olan mənbədən bildirilib.

"Tikinti prosesi və bu obyektin validasiyası paralel aparılır. Hər iki proses ilin sonuna kimi tamamlanmalıdır", - deyə mənbədən bildirilib.

"Günəşli-4" platformasında yeni kompressor stansiyasının quraşdırılması nəticəsində atmosferə qazın aşağı təzyiqdə buraxılması 90 faiz azalacaq", - ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev bildirib.

ARDNŞ "Günəşli" yatağının dayaz hissəsində aşağıtəzyiqli səmt qazının toplanmasını həyata keçirmək niyyətindədir. Bu qaz sıxıldıqdan sonra Azərbaycanın qaz emalı zavoduna və ya milli qaz nəqli sisteminə ötürüləcək və abunəçilərə paylanacaq. Artıq bu qazın quruda nəqli üçün boru kəmərləri salınıb.

Əvvəlcə bu qaz infrastrukturun olmaması səbəbindən atmosferə buraxılırdı, bu isə ətraf mühitə böyük ziyan vururdu. Lazımı infrastrukturun yaradılmasının məbləği və bu layihənin həyata keçməsi 150 milyon dollar dəyərində qiymətləndirilir.

Tullantıların həcmi ildə 150-250 milyon kubmetr arasında dəyişir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti