...

ARDNŞ 2010-cu ildə bir sıra ekoloji layihələr reallaşdırmaq niyyətindədir

Energetika Materials 22 Dekabr 2009 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbirlər A.Bədəlova, E.İsmayılov/

2010-cu ildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) torpaqların, suların təmizlənməsi və şirkətin istehsalat sahələrində atmosferə qaz tullantılarının azaldılması üzrə layihələr reallaşdıracaq. Bunu çərşənbə axşamı ARDNŞ-nin ekologiya məsələləri üzrə vitse-prezident Muxtar Babayev deyib.

"Bu layihələrin bir qismi artıq hazırlanıb. Ümid edirik ki, bu layihələrdən bir çoxu həyata keçəcək", - Babayev deyib.

Onun sözlərinə görə, şirkət ekoloji layihələrin reallaşdırılmasında xarici şirkətlərin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının və yerli elmi-tədqiqat institutlarının təcrübəsindən istifadə edir.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin bir müddət öncə dediyi kimi, gələn ilin Azərbaycanda "Ekologiya ili" elan olunduğunu nəzərə alsaq, şirkət öz ekoloji proqramlarını davam etdirəcək.

Hazırda şirkət özünün Abşeron yarımadasında olan bütün müəssisələrində, xüsusilə də "Bibiheybət", "Balaxanı" və Tağıyev adına neft-qaz çıxarma idarələrində ekoloji tədbirlər görür. ARDNŞ burada neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini aparır.

Xəbər lenti

Xəbər lenti