...

Martın 16 və 17-də ölkənin bəzi ərazilərinin qaz təminatı müvəqqəti dayandırılacaq

Energetika Materials 16 Mart 2010 04:40 (UTC +04:00)
“Astara-Qazıməmməd” Magistral Qaz Kəmərinin 139,3 kilometrliyindəki 730 metrlik hissənin dəyişdirilməsi, eləcə də həmin magistral qaz kəmərinin 174 və 175 kilometrliyində, Kür çayının keçidində qaz sızmasının qarşısının alınması məqsədi ilə təmir işlərinin aparılması ilə əlaqədar martın 16-da saat 10.00-dan martın 18-nə kimi İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik və Astara, rayonlarının qaz təminatında müvəqqəti məhdudiyyətlər olacaqdır. İmişli şəkər zavodunun isə qaz təchizatı dayandırılacaqdır.
Martın 16 və 17-də ölkənin bəzi ərazilərinin qaz təminatı müvəqqəti dayandırılacaq

"Astara-Qazıməmməd" Magistral Qaz Kəmərinin 139,3 kilometrliyindəki 730 metrlik hissənin dəyişdirilməsi, eləcə də həmin magistral qaz kəmərinin 174 və 175 kilometrliyində, Kür çayının keçidində qaz sızmasının qarşısının alınması məqsədi ilə təmir işlərinin aparılması ilə əlaqədar martın 16-da saat 10.00-dan martın 18-nə kimi İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik və Astara, rayonlarının qaz təminatında müvəqqəti məhdudiyyətlər olacaqdır. İmişli şəkər zavodunun isə qaz təchizatı dayandırılacaqdır.

Bu barədə SOCAR-ın internet saytında deyilir.

Bundan əlavə, təmir işlərinin aparılması ilə əlaqədar martın 17-də saat 09.00-dan 18.00-dək Şamaxı və Mədrəsə Açıq Qazpaylayıcı Stansiyalarından verilən təbii qazın nəqli dayandırılacaq.

Həmin müddət ərzində Şamaxı rayon mərkəzinin, eləcə də rayonun bəzi kəndlərin qaz təminatında fasilələr yaranacaqdır.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərə təbii qazın nəqli bərpa ediləcəkdir.

Xəbər lenti

Xəbər lenti