...

SOCAR-TURCAS birgə müəssisəsinə Türkiyədə neft emalı zavodunun inşası üçün lisenziya verilib

Energetika Materials 23 İyul 2010 20:49 (UTC +04:00)
Bu gün Ankarada SOCAR-TURCAS birgə müəssisəsinə İzmir bölgəsində yeni neft emalı zavodunun tikilməsinə dair Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) müvafiq lisenziyasının verilməsinə həsr olunmuş mərasim keçirilib.
SOCAR-TURCAS birgə müəssisəsinə Türkiyədə neft emalı zavodunun inşası üçün lisenziya verilib

Аzərbaycan, Bakı, 23 iyul /Trend/

Bu gün Ankarada SOCAR-TURCAS birgə müəssisəsinə İzmir bölgəsində yeni neft emalı zavodunun tikilməsinə dair Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) müvafiq lisenziyasının verilməsinə həsr olunmuş mərasim keçirilib. Bu barədə cümə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) verilən məlumatda deyilir.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun müvafiq lisenziyasını ARDNŞ prezidenti Rövnəq Abdullayevə təqdim edib.

SOCAR-TURCAS-ın icraçı direktoru, "Petkim" neft-kimya kompleksinin İdarə Heyətinin üzvü Kənan Yavuzun dediyi kimi, yeni Ege Neft Emalı Zavodu SOCAR-TURCAS birgə müəssisəsi tərəfindən idarə olunan "Petkim" kompleksinin Əliağa bölgəsində yerləşən istehsalat ərazisində inşa ediləcək və türk sənayesinin inkişafında mühüm rol oynayacaq. Yeni zavodun tikintisi dövründə burada 7-10 min, fəaliyyətə başladıqdan sonra isə min nəfər çalışacaq.

Bundan əvvəl İsveçrənin "Foster Wheeler AG" şirkəti bölmələrindən birinin SOCAR/TURCAS Rafineri AS şirkətindən Türkiyədəki "Petkim" neft-kimya kompleksi yaxınlığında NEZ tikintisi çərçivəsində müqavilənin aldığını elan edib.

Müqavilə yeni NEZ-in tam injinirinq dizaynını və "Foster Wheeler" şirkətinə məxsus SYDECSM texnologiyası üzrə ləng kokslaşdırma qurğusunun tikintisinin ilkin injinirinqini təklif edir.

Yeni müəssisənin gücü sutkada 214 min barel təşkil edəcək. Nafta və mazut hidrokrekinqdən sonra kimyəvi məhsulların istehsalı üçün "Petkim" kompleksinə göndəriləcək.

NEZ-ə naftanın hidrotəmizlənməsi üzrə atmosfer-vakuum trubçatkaların elektroduzsuzlaşdırma qurğusu, ləng kokslaşdırma (gücü sutkada 40 min barel), hidrokrekinq (sutkada 66 min barel), kerosin və dizel yanacağının hidrotəmizlənməsi qurğusu, LPG təmizləmə, katalitik reforminq (gücü sutkada 28 min barel), qazla təchiz olunmuş qurğu və digər avadanlıqlar daxildir.

"Foster Wheeler" müqavilə üzrə bütün işləri 2010-cu ilin sonlarınadək başa çatdırmağı planlaşdırır.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verir.

"Petkim Petrokimya Holding" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti