...

Yanvar-sentyabrda ARDNŞ Azərbaycanın daxili bazarına 6,5 milyard kubmetrdən çox qaz tədarük edib

Energetika Materials 8 Oktyabr 2010 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Yanvar-sentyabr aylarında ARDNŞ tərəfindən Azərbaycanın daxili tələbatının ödənilməsi və ixrac əməliyyatlarının təmin olunması üçün 7,7 milyard kubmetrə yaxın qaz tədarük olunub. Bu barədə ARDNŞ-nin cümə günü yayılan məlumatında deyilir.

Məlumatda deyildiyinə görə, istifadə edilən qazın ümumi həcmindən 6,56 milyard kubmetr sənaye müəssisələrinə, əhali və "Azərenerji" SC-yə ötürülüb. Qalan həcm Gürcüstan və Rusiya ilə ixrac əməliyyatlarının təmin edilməsinə, eləcə də Naxçıvan Muxtar Respublikasının təbii qazla təchiz olunmasına sərf edilib.

Yanvar-iyul aylarında ARDNŞ ölkənin qaz sisteminə 8,4 milyard kebmetrə yaxın qaz tədarük edib ki, bu da proqnozlaşdırılandan 704,3 milyon kubmetr çoxdur. Bundan başqa, sənaye müəssisələrinin, əhalinin və ixrac sazişləri çərçivəsində öhdəliklərin təmini üçün ölkənin yeraltı qaz anbarlarına 638,7 milyon kubmetrədək qaz vurulub. Bununla yanaşı, bu dövrdə qaz anbarlarına əlavə olaraq 1,3 milyard kubmetrdən çox qaz vurulub.

NMR-i qazla təchiz etmək üçün İranla aparılan "svop" əməliyyatları çərçivəsində yanvar-sentyabr aylarında 263,6 milyon kubmetr qaz ötürülüb. Sentyabrda bu göstərici 19 milyon kubmetrə yaxın olub.

Xəbər lenti

Xəbər lenti