...

Şamaxı şəhərində ilk dəfə olaraq açıq ürək əməliyyatları keçirilir

Energetika Materials 15 Oktyabr 2010 20:21 (UTC +04:00)
Oktyabrın 15-dən 17-dək Heydər Əliyev Fondunun təşəbbüsü və ARDNŞ-nin dəstəyi ilə şirkətin Sosial İnkişaf İdarəsi nəzdində fəaliyyət göstərən Şamaxı Müalicə-Diaqnostika Mərkəzində növbəti humanitar aksiya keçiriləcək.
Şamaxı şəhərində ilk dəfə olaraq açıq ürək əməliyyatları keçirilir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Oktyabrın 15-dən 17-dək Heydər Əliyev Fondunun təşəbbüsü və ARDNŞ-nin dəstəyi ilə şirkətin Sosial İnkişaf İdarəsi nəzdində fəaliyyət göstərən Şamaxı Müalicə-Diaqnostika Mərkəzində növbəti humanitar aksiya keçiriləcək. Bu barədə İdarənin cümə günü yaydığı məlumatda deyilir.

Aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı kardiocərrahiyyə briqadası bu regionun yeddi sakininin ürəyində əməliyyatlarının icrasını keçirir. Bu nadir hadisədir, belə ki, Şamaxıda bu növ mürəkkəb və unikal əməliyyatlar ilk dəfə keçirilir.

Peşəkar tibbi müdaxiləni tələb edən insanlar arasında anadangəlmə ürək çatışmazlığı ilə doğulan azyaşlı uşaqlar, habelə erməni təcavüzü nəticəsində öz daimi yaşayış yerlərini tərk edən həmyerlilərimiz də var.

Son illər Heydər Əliyev Fondu tərəfindən Azərbaycan vətəndaşlarının müalicəsi üzrə təşkil edilən belə humanitar aksiyalar ürəklərində ciddi problem olan insanların sağalmasına səbəb olur.

Əməliyyatlar Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudovun rəhbərliyi ilə keçirilir. O qeyd edib ki, regionlarda inşa olunmuş müalicə-diaqnostika mərkəzlərində bu günə qədər ümumilikdə 168 xəstə üzərində açıq ürək əməliyyatı, 500-dən çox xəstə üzərində isə angeoqrafiya müayinələri aparılıb və hazırda bu işlər davam etdirilir.

"Bu gün qədim tarixə malik olan Azərbaycanın Şamaxı regionunun tibb tarixində ilk addım atılıb. Biz bu tarixin bir hissəsi olmağımızla və burada açıq ürəkdə birinci olaraq əməliyyat aparmağımızla fəxr edirik. Biz ölkə Prezidentinə, Heydər Əliyev Fondu və ARDNŞ rəhbərliyinə, eləcə də bu tarixin yazılmasında töhfəsi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk", - Mahmudov qeyd edib.

Xəbər lenti

Xəbər lenti