...

"Qazprom" İranda neft yatağının inkişafı layihəsindən uzaqlaşdırılır

Energetika Materials 4 Mart 2011 16:06 (UTC +04:00)

"Azər" neft yatağının inkişaf etdirilməsi layihəsinin icrası ilə bağlı son illərdə "Qazprom" şirkəti ilə müzakirələr aparılıb, lakin İran tərəfi bu yatağın inkişaf etdirilməsi üçün "Qazprom"u gozləməyəcək. Bu sözləri İranın Neft sektorunun inkişafı və mühəndisliyi şirkətinin direktoru Naci Səduni deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

O əlavə edib ki, "Qazprom" layihənin icrasını çox təxirə salıb.

Onun sözlərinə görə, hazırda "Azər" neft yatağının inkişaf etdirilməsi haqqında müqaviləni imzalamaq məqsədi ilə bir neçə daxili və xarici şirkətlərlə müzakirələr aparılır.

Səduni çox güman ki, bu müştərək neft yatağının daxili şirkətlər konsorsiumuna təhvil veriləcəyi deyib. "Layihənin icrası üçün lazım olan vəsait də daxili banklar vasitəsilə təmin olunacaq", - Səduni deyib.

O əlavə edib ki, "Azər" neft yatağının inkişafı proqramının icrası ilə bu yataqdan ilkin mərhələdə sutkada 20 min barel xam neft istehsal olunacaq.

"Azər" neft yatağı İranın Elam əyalətində İraqla sərhəddə yerləşir və bu iki ölkə həmin yataqdan müştərək neft hasil edirlər. İraqda həmin neft yatağı "Bədra" adi ilə tanınır. Yataqda 2,5 milyard barel xam neft ehtiyatı mövcuddur. İran "Azər" yatağını tam şəkildə inkişaf etdirməklə sutkada 50-65 min barel xam neft istehsal etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti