...

ARDNŞ NEZ-lərindən birini modernləşdirməyə hazırlaşır

Energetika Materials 29 İyul 2011 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılova/

ARDNŞ-nin Heydər Əliyev adına neft emalı zavodu "Neftqazelmitədqiqatlayihə" İnstitutuna Avro-3 standartlı dizel yanacağı və benzinin istehsalının yenidən qurulması layihələrinin hazırlanması üçün müraciət edib. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə deyib.

"Layihənin hazırlanması üçün İnstituta müraciət edilib. O, müvafiq hesablamalar aparacaq", - mənbə bildirib.

Onun sözlərinə görə, istehsal edilən məhsulun keyfiyyətinin artırılması üçün qurğuların modernləşdirilməsi üzrə işlər hələ ki başlamayıb, çünki bu prosesə hazırlaşmaq lazımdır, layihənin özü də hazır olmalıdır.

İllik gücü 20 milyon ton olan Bakının 2 NEZ-ində ARDNŞ öz vəsaitləri hesabına quruda və dənzidə hasil edilən nefti emal edir. Heydər Əliyev adına NEZ əlvan neft məhsullarının, "Azneftyağ" NEZ tünd rəngli məhsulların istehsalında ixtisaslaşıb.

Hazırda ARDNŞ-nin istehsal etdiyi dizel yanacağı və benzin Avro-2 ekoloji standartlarına uyğundur.

Bundan başqa, məhsulun keyfiyyətinin artırılması və Avro-5 ekoloji standartlarına uyğun dizel yanacağının və benzinin istehsalına başlamaq məqsədilə ARDNŞ neft, qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin tikintisinə başlamağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti