...

Türkiyə hüquqi bazasını qaz nəqli şərtlərinə uyğunlaşdırmalıdır - ARDNŞ

Energetika Materials 14 Sentyabr 2011 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.İsmayılov/

Türkiyə öz normativ-hüquqi bazasını Azərbaycan qazının bu ölkə ərazisindən nəqlini nəzərdə tutan yeni şərtlərlə uyğunlaşdırmalıdır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Bundan əvvəl Türkiyə tranzit qaz ölkəsi kimi çıxış etməyib və bu, yeni şərtlərə uyğun olaraq hüquqi bazada dəyişiklikləri tələb edir.

Onun sözlərinə görə, çərşənbə axşamı Azərbaycan və Türkiyə iki ölkə arasında qaz sazişləri paketinə dair razılıq əldə etmək üçün növbəti danışıqlar mərhələsinə başlayıb. Bu paket Azərbaycan qazının Türkiyə ərazisi ilə Avropaya nəqlini əhatə edir.

"Sentyabrın 13-də başlayan danışıqlar normal rejimdə davam edir", - Abdullayev deyib.

Türkiyə ilə sazişin bağlanması "Şahdəniz" başda olmaqla, Azərbaycan yataqlarından qazın Türkiyə ərazisi ilə Avropaya nəqli üçün vacibdir.

Azərbaycan "Şahdəniz-2" layihəsi üzrə Avropaya 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırır.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Azərbaycan və Türkiyə arasında müqaviləyə görə, Türkiyə hər il "Şahdəniz" yatağından 6,6 milyard kubmetr qaz almalıdır. Yatağın işlənməsinin ikinci mərhələsindən Türkiyəyə tədarükün həcmi 6 milyard kubmetr təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti