...

Azərbaycan qazının Avropaya ixracı marşrutu 2012-ci ilin birinci rübündə müəyyən oluna bilər - ARDNŞ

Energetika Materials 12 Dekabr 2011 11:40 (UTC +04:00)
Azərbaycan qazının Avropaya ixracı marşrutunun seçimi ilə bağlı qərarın qəbulu 2012-ci ilin birinci rübünədək uzana bilər.
Azərbaycan qazının Avropaya ixracı marşrutu 2012-ci ilin birinci rübündə müəyyən oluna bilər - ARDNŞ

Azərbaycan, Bakı, 12 dekabr / Trend, müxbir E.İsmayılov/

Azərbaycan qazının Avropaya ixracı marşrutunun seçimi ilə bağlı qərarın qəbulu 2012-ci ilin birinci rübünədək uzana bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, marşrutlarla bağlı təqdim olunan təkliflərə diqqətlə baxılır və öyrənilir.

"İlin sonunadək marşrutun seçimi ilə bağlı qərarın qəbulu məqsədi qoyulmamışdı. Əgər ilin sonunadək qərar qəbul edilməsə, onda bu proses gələn ilin birinci rübündə başa çatacaq", - Abdullayev deyib.

Azərbaycanın "Şahdəniz" qazkondensat yatağının (ehtiyatalrının həcmi 1,2 trilyon kubmetr) işlənməsi üzrə konsorsium hazırda Avropaya qaz ixracının mümkün marşrutlarını nəzərdən keçirir. O cümlədən "Cənub qaz dəhlizi" marşrutuna baxılır.

"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti