...

İyuladək Azərbaycanda alternativ enerji üzrə strategiya hazırlanacaq

Energetika Materials 14 Mart 2012 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend müxbir E. İsmayılov/

2012-ci ilin iyul ayınadək 2012-2020-ci illər üçün Azərbaycanda alternativ və bərpa edilən enerji mənbələrinin istifadə edilməsi üzrə dövlət strategiyası hökumətə təqdim ediləcək. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Sənaye və Energetika Nazirliyi yanında Alternativ Enerji Mənbələri üzrə Dövlət Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.

"Strategiyanın hazırlanması üçün xüsusi işçi qrupu yaradılıb. Qrupa təqribən 50 dövlət strukturu nümayəndələri və ekspertləri daxildir" , - Məlikov qeyd edib.

Onun sözlərinə görə, hazırda strategiyanın hazırlığı üzrə iş gedir və iyuladək onun ilkin variantı formalaşdırılacaq.

"Strategiyada enerji səmərəliliyi, enerji istehsalının ümumi həcmində alternativ mənbələrin payının artırılması, enerji və ekoloji təhlükəsizlik kimi aktual məsələlər əksini tapacaq" , - Məlikov vurğulayıb.

2020-ci il tarixinin seçilməsi təsadüfi deyil, belə ki, bu vaxta qədər Avropa İttifaqı enerji istehlakının ümumi payında alternativ enerjinin istifadəsini 20 faiz səviyyəsinə çatdırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti