...

Türkiyə "Metsamor" AES-in bağlanması ilə bağlı iş aparır

Energetika Materials 12 İyun 2012 12:25 (UTC +04:00)
Türkiyə Ermənistanda "Metsamor" atom elektrik stansiyasının (AES) bağlanmasının lehinə çıxış edir və bu istiqamətdə fəal iş aparır.
Türkiyə "Metsamor" AES-in bağlanması ilə bağlı iş aparır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Ermənistanda "Metsamor" atom elektrik stansiyasının (AES) bağlanmasının lehinə çıxış edir və bu istiqamətdə fəal iş aparır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız "TRT Haber" telekanalına müsahibəsində bildirib.

"Fəalliyyət müddəti artıq tükənmiş "Metsamor" AES və digər atom elektrik stansiyaları region və dünya üçün təhlükə mənbəyidir. Buna görə də Türkiyə "Metsamor" AES-in fəaliyyətinin dayandırılması üçün zəruri addımlar atır", - Yıldız deyib.

Xəbər lenti

Xəbər lenti