...

"Azərikimya" Sosial Müdafiə Fonduna 5 milyon dollardan çox vəsait ödəyib

Energetika Materials 28 Avqust 2012 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyi (İB) yanvar-iyul aylarında dövlət büdcəsinə gəlir vergisi qismində 2,21 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İB-nin rəsmi saytında yerləşdirilən hesabatda deyilir.

Məlumata görə, iyulda bu göstərici 390,54 min manat təşkil edib.

İB yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fonduna 4 milyon manatdan çox vəsait ödəyib, iyulda bu rəqəm 684,1 min manat olub.

Xəbər lenti

Xəbər lenti