...

Azərbaycan avtomobil yanacağı istehsalını azaldıb

Energetika Materials 1 İyul 2014 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Emin Əliyev/

2014-cü ilin yanvar-may aylarında Azərbaycanda 442,2 min ton avtomobil yanacağı istehsal edilib. Trend-in Dövlət Statistika Komitəsinin 2014-cü ilin 5 ayının yekunu üzrə hesabatına istinadən verdiyi xəbərə görə, bu, keçən ilin analoji dövrünün göstəricisindən 23,1 faiz azdır.

Hazırda Heydər Əliyev adına Bakı neft emalı zavodunda avtomobil yanacağı buraxan avadanlıqların yenidənqurma və modernləşdirilməsi işləri aparılır. Zavodda əlvan neft məhsullarının əsas növləri istehsal olunur.

Yanvar-aprel aylarında Azərbaycanda cəmi 988,1 milyon manat məbləğində neft məhsulu istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15,5 faiz azdır.

2013-cü ildə Azərbaycanda təqribən 1,41 milyon ton, 2012-ci ildə isə 1,3 milyon ton civarında avtomobil yanacağı istehsal olunub. Azərbaycanda ötən il cəmi 5,09 milyon ton həcmində neft məhsullarının əsas növləri istehsal edilib.

Azərbaycanda neft məhsullarının ümumi cədvəli:

Neft məhsullarının istehsalı

2014-cü ilin yanvar-may ayları (min ton)

2013-cü ilin yanvar-may aylarına nisbətdə (faizlə)

Аvtomobil benzini

442,2

76,9

Nafta

57,5

89,3

Ağ neft

251,8

85,2

Dizel yanacağı

863,8

82,2

Sürtkü yağları

19,4

126,8

Neft bitumu

118,3

92,4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti