...

İsmayıllının 9 kəndində qaz olmayacaq

Energetika Materials 11 Sentyabr 2015 17:49 (UTC +04:00)
İsmayıllı rayonunun Habit, Qarakollar, Aşıqbayram, Ustal, Mollauşaq, Hardamalı, Kürtelli, Qaçqınlar və Kürdmaşı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
İsmayıllının 9 kəndində qaz olmayacaq

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Hacıqabul magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, sentyabrın 14-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Kürdmaşı" Qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində İsmayıllı rayonunun Habit, Qarakollar, Aşıqbayram, Ustal, Mollauşaq, Hardamalı, Kürtelli, Qaçqınlar və Kürdmaşı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti